F-1.az xatırladır ki, taylandlı sürücü İtaliya yarışından əvvəl kor bağırsağından əməliyyat olunmuş və yarışı buraxmışdı.
Aleksander Elbon: “Əvvəlki formama qayıtmaq üçün qış tətilinə ehtiyacım var. Əməliyyatdan sonra əvvəlki formama qayıtmaq üçün idman etməyə vaxt az idi. Sinqapur yarışı çətin keçdi. Yaponiya isə 75 faiz çətin idi. Yaponiyadan sonra özümü yaxşı hiss etdim”.