F-1.az xatırladır ki, gənc sürücü karyerasına bu il başlasa da, cəmi 12 yarış keçirtdikdən sonra Red Bull-da bərbad performans göstərən Pyer Qaslini əvəz edəcək. 23 yaşlı sürücü 2020-ci ildə komandada qalmaqçün növbəti 9 yarışda əlindən gələni etməlidir.
Aleksander Elbon: “Red Bull kimi komandada belə fürsət əldə etmək inanılmazdı. Mənə inandıqları üçün təşəkkür etmək belə azdır. Orada yarışmağa hazıram. Toro Rosso-dakı uşaqlara da təşəkkür edirəm. Xüsusilə mənə həmişə dəstək olan Frants Tosta. İndi isə Red Bull-la Belçikadakı debüt yarışıma fokuslanmalıyam”.