F-1.az xatırladır ki, taylandlı sürücü yarışı altıncə yerdə bitirib.
Aleksander Elbon: “Medium təkərlər doğru seçim deyildi. Düzünü desəm, bilmirəm. Soft təkərlərdə özümü yaxşı hiss edirdim. Renault-ları keçmək çətin idi. DRS ilə belə sürətimiz onlarla bir olurdu. Buna görə də çətin idi.
Pitə gəlib Medium təkəri taxdıq və problem yox idi. Ötmə etməyə çalışsam da alınmadı və təkərlər yeyildi. Hard təkərləri götürə bilərdik. Amma Mediumları seçdik. Təkərlərin belə tez yeyiləcəyini gözləməzdim”.