A.Elbon bütün yarış güzgülərə baxıb

Williams komandasının sürücüsü Aleks Elbon bildirib ki, yarışboyu güzgülərə baxmalı olub.

F-1.az xatırladır ki, taylandlı sürücü sıralanma turunda yaxşı performans göstərmiş və yarışa 9-cu yerdən başlamışdı. O, güclü performansını yarışda da davam etdirib və 7-ci olaraq, komandasına çox vacib 6 xal qazandırıb. O, rəqiblərindən fərqli olaraq, tək pit-stoplu strategiya seçib.

Aleks Elbon: “Düzünün desəm, bütün həftəsonu ərzində McLAren-lə bənzər tempdə gedirdik. Öndə olduqları üçün xal qazanmaq üçün onlardan fərqli strategiya tətbiq etməli idik. Bu həftəsonu tempimiz yaxşı olsa da, xal qazanmaq çətin idi. Səkkiz maşın var. Aston Martin, Red Bull, Ferrari və Mercedes. Son iki yer isə çox vaxt Alpine-lərə gedir. Buna görə də tək pit-stoplu strategiya tətbiq etməli idik.

Yarışın sonuna qədər tək pit-stopla getmək çətin idi. Mənə 30-40 dövrəm olduğunu deyəndə TV ekranına baxdım və öz-özümə dedim ki, ümid edirəm ki, bu doğru deyil. Belə yarışlar çox görmüşəm və heç də əyləncəli deyil.

Müdafiə olunmaqda güclüyük. Düzlüklərdə maşınımız yaxşıdır. Belə hallarda təkər fərqi ola bilər, amma vacib döngəlrədə təkərlərimizi qorumalıyıq. Buna görə də 10-cu döngədə Estebanı çirkli havada saxlamaq üçün maşınımı ən düzgün vəziyyətdə saxladım. İstəyirdim ki, təkərləri yeyilsin, sürətlənməsi pisləşsin və bənzər şeylərdə geri qalsın. Sona qədər limitlərdə getməlisiniz. Yarış ərzində gözünüz güzgülərdə qalır. Digər çətinlik isə təkərlərin soyuması və bundan sonra çətinliklə üzləşməyinizdir.

Sona qədər limitlərdə sürməli idik. Son 20 dövrə sıralanma turu kimi idi. Eyni zamanda səhv etmək seçimimiz yox idi. Həm rəqibləri geridə tutmalı, həm də yanacağın qalıb-qalmadığına əmin olmalı idik. Ancaq bunun qarşılığını aldıq. Ancaq maşınımız yaxşı olmasaydı, bunu bacarmazdım. Bu həftəsonu maşınımız əla işlədi”.

Qeyd edək ki, Williams komandası Kanadaya yeniliklərlə gəlmişdi. Belə görünür ki, yeniliklər işə yarayıb.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*