F-1.az xatırladır ki, Yeni zellandiyalı sürücü Albert Parkdakı sıralanma turunda 8-ci olub.
Aleksander Elbon: “Çox xoşbəxtəm. Bu gün xüsusi idi və hər şeydən maksimum istifadə etdik. Çox yaxşı maşınımız var. Ciddədə məyus olmuşduq. Təkərləri anlamamışdıq. Bu gün isə planımız fərqli idi və işə yaradı. Təkərlər işləyəndə hər şey asanlaşır.
Son bir ildə inkişaf etmişik və motivasiyalıyıq. Mübarizənin içindəyik və sürətli maşınımız var. Hər həftə xal almaq şansınız olduğunu biləndə motivasiyanız yüksəlir. Bunun üçün yaşayıram və eynilə komanda da bunun üçün yaşayır. Bu nəticə kiçik qələbə kimidir”.