A.Elbon: “Amerikada ilk dəfə olacam”

Red Bull komandasının sürücüsü Aleksander Elbon ilk dəfə yarışacağı Ostində yaxşı nəticə qazanmaq istəyir.

F-1.az xatırladır ki, taylandlı sürücü Red Bull-a keçdikdən sonra ə pis nəticəsi altıncı yer olub. Mövsümün ikinci yarısında daha təcrübəli Ferstappendən çox xal yığan Elbon uğurlu çıxışını davam etdirmək istəyir: “Hələ Ostində maçın sürməmişəm. Lakin bu tras barədə çox yaxşı sözlər eşitmişəm. Quruluş maraqlıdır. İlk sektor Suzukanı xatırladır.

Bu həftəsonu ilk dəfə Amerikada olacam. Oranın mədəniyyəti və mətbəxi mənə maraqlıdır.

Ostin trası simulyatorda enişli-yoxuşlu görünürdü. Səhv etmirəmsə, bataqlığın üzərində tikilib və bunu hiss edirsiniz. Belə traslara tez öyrəşmək və tez sazlanma tapmaq çox vacibdir. Meksikada gözəl həftəsonu keçirdik. Komandaya gəldikdən sonra ən yaxşı yarışım idi. Bu uğuru davam etdirmək istəyirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*