F-1.az xatırladır ki, son illərdə Formula1-in izləyici sayında ciddi azalmalar baş verib. Dzanardi bildirib ki, qaydalar çoxdur və bunlar hər dəfə fərqli formada tətbiq edilir. Bununla da azarkeşlər idmandan soyuyur: “Formula1 darıxdırıcı olmağa başlayıb. Stüardlar özlərini şounun ulduzu kimi görürlər. Bu da pis təəssürat yaradır. Hamı məni 1996-cı ildə Laquna Sekadakı ötməm ilə xatırlayır. Amma indiki dövrdə bu cür manevr etmək çox çətindir. Sizə o dəqiqə cəza verəcəklər.
Reqlament və bolidlər çox dəyişib. 90-cı illərdə təkərlər və bolid gücü sizin performansınızı ön plana çıxarırdı. Amma indi sürücülərin bolidlərə təsiri artıq azalıb. Ötmələrdən sonra sürücülər etiraz etməyə başlayırlar. Heç kim qəbul etmək istəmir ki, idman bundan ibarətdir. Sürücülər bir az sərbəst olmalı və cəsarətli işlər görməlidirlər”.