A.Dzanardi: “Ferrari uğura acdır”

Sabiq Formula1 sürücüsü Aleksandr Dzanardi bildirib ki, Ferrari 2007-ci ildən sonra ilk dəfə çempionluğa bu qədər yaxındır.

F-1.az xatırladır ki, Ferrari komandası bu mövsüm iki yarışa ilk cərgədən başlayıb və yeganə komandadır ki, dubl edib. İtalyanlar hazırda ən yaxın izləyiciləri Mercedes-dən 16 xal çox toplayaraq, turnir cədvəlinin zirvəsində qərarlaşıblar.

Aleksandr Dzanardi: “Fettelin ən böyük favorit olduğunu demək üçün büllur kürəyə ehtiyac yoxdur. Sebastyan hazırda ən yaxın izləyicisi Həmiltonu 25 xal qabaqlayır. Məntiqli düşünsək, almaniyalı sürücünün şansı daha çoxdur. Onsuz da ilk 6 yarışda necə stabil olduğunu hamınız gördünüz.

Ferrari-nin geridönüşünü heç kəs proqnozlaşdırmırdı. Markionne çempionluq gəlmədən rahatlaşmayacaq. Bütün Ferrari ailəsi uğura acdır və onlar qələbə üçün əllərindən gələni edəcəklər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*