F-1.az xatırladır ki, 2022-ci il mövsümü ilə idmana yeni reqlament gələcək. Bu da idmanda yeni eranın başlaması deməkdir. Bəziləri sürpriz gözləsə də, Formula1-də saç-baş ağartmış Ross Braun hər şeyin yenə də eyni olacağını düşünür.
Əntoni Devidson: “Kimin üstün olduğunu demək üçün hələ tezdir. Bolidlər Bəhreyndə daha fərqli olacaqlar. Barselona testləri komandaların bəzi sistemlərini yoxlaması üçün keçirildi. Əksər komandalarda etibarlılıqla bağlı problemlər var idi. Çoxlu qırmızı bayraqlar çıxdı. İlk yarışda nələrin baş verəcəyini proqnozlaşdırmaq üçüb Bəhreyn testlərinə sona qədər baxmaq lazımdır. Mövsüm ərzində çox şey dəyişəcək”.