F-1.az xatırladır ki, bu il keçirilən 4 yarışı da Red Bull udub. Bunlardan ikisini Maks, ikisini Peres qələbə ilə başa vurub. Hazırda iki sürücü arasında 6 xal fərq var və Ferstappen öndədir. Yəni ki, iki sürücünün də çempipnluq şansları davam edir.
Əntoni Devidson: “Ümid edirəm ki, bu mövsüm dönüm nöqtəsində olduğunu anlayıb. RB19 elə bil onun tərzinə daha uyğundur. Komanda və maşınla daha yaxşı uyğunlaşır.
Əlbəttə növbəti yarışlarda Maks parlayacaq. Məsələn, Zandfort, İnterlaqos, Silverstoun və Suzuka kimi. Peres də bunun fərqindədir. Bəs bunu necə həll etmək olar? 2016-cı ildəki Rosberq kimi. Komanda rəhbərlərim həmişə mənə deyərdilər ki, çox nəzakətlisən. Məncə, haqlı idilər. Buna görə də avtoidmanda uğurlu oldum. Həmişə komanda oyunçusu idim.
Peres də artıq yaxşı adam rolunu atıb, istəmədiyi adam tipinə bürünməlidir. Çempionluq üçün ailəsinin istəmədiyi şəkildə fədakarlıqlar etməlidir. Rosberq kimi özünü kənara çəkib, komandanın eşitmək istəmədiyi sözlər deyə bilər.
Maksın da əsəbini pozub əsəbiləşdirməlidir. Bu onun tək
Şansıdır. Dörd yarışdan sonra sadəcə 6 xal geridə qalır. Bu il də yaxşı adam olsa, uğur qazana bilməyəcək”.