A.Devidson: Fettel müasir maşınlarda özünü yaxşı hiss etmirdi

Formula1 şərhçisi Əntoni Devidson bildirib ki, Sebastyan Fettel artıq Formula1-dəki ən yaxşı 5 sürücüdən biri deyil.

F-1.az xatırladır ki, almaniyalı sürücü son iki ildə çox qeyri-stabil performans göstərib.

Əntoni Devidson: “Sürdüyünüz maşının bu idmanda böyük təsiri var. Buna görə də konkret söz demək çətindir. Lakin ən yaxşı 5 sürücünü saysaq, Maks Ferstappen, Lyuis Həmilton və Şarl Lekler ən yaxşılardandır. Daha sonra Karlos Sayns gəlir. Artıq 4 nəfər var. Lando Norrisi də əlavə etsək, 5 sürücü tamamlanır.

Qeyri-stabil sürdü. Bəzi traslar ona uyğun idi. Bəlkə də, builki maşınlar ona daha uyğun olar. 2014-cü ildən etibarən idmana gələn böyük və ağır maşınlarda özünü yaxşı hiss etmirdi. Məncə, keçmişdəki ilə eyni sürücü deyildi. Ferrari-dəki ilk illərində tempi yaxşı olsa da, Red Bull-dakı o gözəl illərindən fərqli idi. Məncə, o dövrlərdəki yüngül və çevi maşınlar ona daha uyğun idi. Buna görə də onun builki maşınlardakı performansı mənə maraqlıdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*