A.Covinatsinin qəzasının səbəbi nə olub?

Haas komandası ilə Macarıstan Qran Prisinin birinci sərbəst yürüşlərində iştirak edən Antonio Covinatsi bildirib ki, etdiyi qəzanın səbəbini bilmək istəyir.

F-1.az xatırladır ki, italiyalı sürücü 11-ci döngədə bolidinin idarəetməsini itirərək, divara çırpılıb.

Antonio Covinatsi: “Sözün açığı, nə olduğunu bilmirəm. Komanda özü də bilmir. Bir neçə dövrə atdım və dövrəvi nəticələrim yaxşı idi. Daha sonra bolid aqressivləşdi və idarə edə bilmədim. Problem var idi. Məlumatlara baxırıq. Ümid edirəm ki, tezliklə taparıq. Birinci sessiyanın 50 dəqiqəsini itirdim. Bu il onsuz da düz-əməlli trasda ola bilməmişəm. Məyusam.

Qəza etmək sizə kömək etmir, amma ikinci dəfədir ki, sərbəst yürüşlərdə iştirak edirəm. Növbədə daha 6 sessiyam var.

Sauber-in Ferrari mühərriyinə keçməsi məni sevindirir, amma son qərarı Ferrari verəcək. Görək nə olur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*