A.Covinatsinin güc qurğusunda dəyişiklik olub

Alfa Romeo komandasının sürücüsü Antonio Covinatsi birinci sərbəst yürüşlərdə yaşadığı problemdən sonra yeni idarəetmə blokuna keçib.

F-1.az xatırladır ki, Avstriyadakı birinci sərbəst yürüşlərdə italiyalı sürücünün güc qurğusunda problemlər hiss edilib. Bundan sonra komanda güc qurğusundakı problemi araşdırıb və idarəetmə blokunu dəyişməyə qərar veriblər. Birinci detalın istifadəyə yararlı olub-olmadığı hələ müəmmalıdır. Covinatsinin elə ilk yarışdaca ikinci bloka keçməsi mövsümün növbəti yarışlarında ona başağrısı ola bilər.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*