F-1.az xatırladır ki, bu il komandalar 17 yarışda 3 motordan istifadə etmə haqqına sahib idilər. İndiyə kimi Covinatsidən başqa bütün sürücülər üçüncü daxiliyanma mühərriyinə keçmişdilər. Ancaq Covi 14 yarışda iki güc qurğusundan istifadə edib.
Bəhreyndə italiyalı sürücünün üçüncü mühərriyə keçməsi gözlənilirdi və FİA bu gün yaydığı raportda bunu təsdiqləyib. Bu həftə digər sürücülərin yeni mühərriyə keçməsi gözlənilmir.