F-1.az xatırladır ki, italiyalı sürücü keçən həftə Niderlandda sıralanma turunda son sessiyaya qalmış və 7-ci olmuşdu. Bu həftə də gözəl iş görən Antonio, doğma publikası önündə sıralanma turunda 10-cu yeri tutub.
Antonio Covinatsi: “Tiffozinin önündə sıralanma turunda son sessiyaya qaldığım üçün sevincliyəm. Yenə gözəl iş gördük. Çox sürətli idim və ilk iki sessiyada 6 və 7-ci oldum. Buna görə əmin idim ki, yaxşı nəticə alacam. Son sessiyada bir dəst təzə təkərimiz qalmışdı və daha yaxşı nəticə qazana bilmədim. Lakin sevinirəm. Həm özüm üçün, həm də komanda üçün əla nəticə qazandım. Bunu İtaliyada etmək əla hissdir. Nəticədən razıyam.
Amma sprint yarışında hər şey baş verə bilər. Yarışda yer qazanmalıyıq, çünki ətrafımda güclü sürücülər var. Yaxşı nəticə göstərərək, bazar günü keçiriləcək yarışa yaxşı yerdən başlaya bilərəm. Sadəcə 18 dövrəlik yarış olacaq. Buna görə də strategiya çox vacib deyil. İlk dövrədə əlimdən gələni edəcəm. Əsas bazar günüdür”.