F-1.az xatırladır ki, Alfa Romeo komandasının sürücüləri Bəhreyndə 11 və 12-ci yerləri tutmuşdular.
Antonio Covinatsi: “Bəhreyndəki performansımız özümüzə olan inamımızı artırdı. İmolada necə rəqabətədavamlı olduğumuzu anlamaq yaxşı olacaq. Maksimumu almaq üçün qüsursuz həftəsonuna ehtiyacımız var. Orta qrup komandaları arasında fərq azdır. Bu isə mübarizəyə rəng qatır. Öz ölkəmdə xal qazanmaq istəyirəm”.