F-1.az xatırladır ki, italiyalı sürücü bu il ikinci dəfə Haas ilə sərbəst yürüşlərdə iştirak edib. Ancaq 29 yaşlı pilotun sessiyası cəmi 8 dəqiqə davam edib, çünki o, ilk sektordakı S döngələrində yerində fırlanaraq, bariyerlərə çırpılıb. Bu isə idmana yenidən qayıtmaq istəyən Antonio üçün yaxşı xəbər deyil.
Antonio Covinatsi: “Bu yaxşı olmadı. Amma mən onsuz da Formula1-də nəyə qadir olduğumu göstərmişəm. Bir dövrə ya da bir neçə döngə mənim karyeramı sonlandırmayacaq. Görək nə olur. Ancaq gələcəyə baxıram.
Formula1-də üç mövsüm yarışmışam. İnsanlar məni istəyirlərsə, bugünkü nəticəmə görə yox, keçmişdəki uğurlarıma və gələcəkdəki potensialıma görə istəməlidirlər”.