F-1.az xatırladır ki, Sauber komandası gələn il Lekler və Eriksson ilə yarışacaq. Qeyd edək ki, Covinatsi də İsveçrə təmsilçisində yarışmaq üçün namizəd sayılsa da, Sauber komandası daha güclü sponsorları olan Erikssona üstünlük verib.
Antonio Covinatsi: “Sauber fərqli seçim etsə də, təslim olmayacam. Keçən il də mövsümə üçüncü sürücü kimi başlasam da, mövsümün ilk iki yarışında iştirak etdim. Maksimum həddə çalışacam və Ferrari-ni dəstəklətəyəcəm. Görək nə olur.
Mövsümün əvvəlində gözlənilmədən Sauber-lə yarışlara çıxdım. Maranelloda Ferrari sürücülərinə kömək etmək üçün simulyatorda işlədim. Sauber, Ferrari və Haas komandaları ilə testlərə çıxdım. İndi daha təcrübəli və fərqli sürücüyəm. Formula1-də olmaq istəmədiyimi desəm, yalan olar. Bunun üçün hər şeyimi verəcəm”.