F-1.az xatırladır ki, italiyalı sürücü gözləmədiyi halda Avstraliyada sükan arxasına keçmiş və həm sıralanma turunda, həm də yarışda mükəmməl performans göstərmişdi.
Antonio Covinatsi: “GP2 təkərlərin əriməsinə görə Formula1-dən fərqlənir. Orada təkərlər Formula1-ə nisbətən gec əriyirlər. Buna görə də əvvəl bir az ehtiyatlı davrandım. GP2-də SuperSoft təkərlərlə cəmi 7-8 dövrə vura bilərsiniz. Yarışın ikinci hissəsində isə növbəti dəfə pitə girməmək üçün ehtiyatlı sürdüm. Təkərləri və bolidi anlamaq üçün yavaşladım. Hədəfim bolidlə və təkərlərlə bağlı təcrübə toplamaq idi”.