A.Covinatsi: Təkər partlaması xallardan etdi

Alfa Romeo komandasının sürücüsü Antonio Covinatsi təkər partlamasına görə xallardan olduğunu deyib.

F-1.az xatırladır ki, italiyalı sürücü yarışa 7-ci yerdən başlasa da, startda 10-cu yerə geriləyib. Pit-stoplardan sonra isə 28 yaşlı pilotun bolidində təkər partlayıb. Yekunda 14-cü olan Covi yenə də xalsız qalıb.

Antonio Covinatsi: “Yaxşı başlasam da, ilk dövrədə ən yaxşı performansımı göstərə bilmədim. Startdan sonra düzlükdə yer uğrunda mübarizə aparırdım, amma 3 yer itirdim. Onluqda qala bilmişdim. Daha sonra isə bilmədiyimi səbəbə görə sağ arxa təkərim deşildi. Buna görə də yenidən pitə girməli oldum və yarış orada bitdi. Əgər partlamasa necə olardı bilmirəm. Ancaq həmin anda xal zonasında idik.

ötmə etmək çətin idi. 7-9-cu döngələrdə öndəki bolidi izləmək olmurdu. Düzlük də ötmə etmək üçün uzun deyil. Formula3-dəki yarışda da ötmə etmək çətin idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*