F-1.az xatırladır ki, Formula1 mövsümü səkkizaylıq fasiləsədən sonra Avstriyada başlayacaq.
İtaliyalı sürücü daha əvvəl 2017-ci ildə iki dəfə yarışmış, daha sonra isə 2019-cu ildə Alfa Romeo ilə idmana qayıtmışdı.
Antonio Covinatsi: “Bu həftə yarışlar başlayır və həyəcanlıyam. Son aylar çox çətin keçdi. Amma ailəm və İtaliyadakı dostlarım həmişə mənə dəstək oldular. Yarışların başlaması normal həyata qayıtmaqçün atılan növbəti addımdır.
Eyni trasda iki dəfə yarışacağıq və görək Avstriyada işlər necə olacaq. Bu, Formula1-də ilk dəfə olacaq və uyğunlaşmalıyıq.
Bir neçə aydan sonra yarışacağımız üçün narahat deyiləm. Daha əvvəl də ikillik fasilə vermişdim. 2017-ci ildə 2019-cu ilə qədər yarışmamışdım və indi bu təcrübəmdən istifadə etməyə çalışacağam”.