F-1.az xatırladır ki, italiyalı sürücü startda gözəl tərpənərək, 6-cı yerə yüksəlib. Lakin restartdan sonra Sayns onu keçib və 7-ci pilləyə düşüb.
Daha sonra komandası onu erkən pitə çağırıb və 28 yaşlı pilot Bottasla Rikkardonun gerisində vaxt itirib. Yekunda 11-ci olan Covi yenə də xal üzünə həsrət qalıb.
Antonio Covinatsi: “Çox məyusam, çünki iki maşınla da xal ala bilərdik. Səhv steategiya seçdik. Pitə çox tez gəldik və trasa qayıdanda trafikə düşdüm. Strategiya işləmədi. Məyusam.
Kimi səkkizinci oldu və mən pitdən əvvəl 7-ci idim. Məyusam. Çox çətindir. Startım yaxşı idi. 7 və 9-cu ola bilərdik və Williams ilə 8-ci yer uğrunda mübarizə aparmaq şansımız olardı”.