F-1.az xatırladır ki, italiyalı sürücü son iki sıralanma turunda son sessiyaya qalsa da, bu performansını yarışa daşıya bilməyib və xalsız qalıb.
Antonio Covinatsi: “Bu həftəsonu da son yarışlarda olduğu kimi yaxşı nəticələr qazana bilərik. Yenidən sükan arxasına keçəcəyim üçün həyəcanlanıram. Həm Zandfort, həm də Montsa bizim tempimizi göstərdi. Heyif ki, hər iki halda da xalsız qaldıq. Lakin bu yönümüzü təkmilləşdirib Rusiyadan xallar qazana bilərik. İki yarışda da əlimizdən gələni edəcəyik”.