F-1.az xatırladır ki, bu həftəsonu Meksikada, növbəti həftəsonu ABŞ-da ardıcıl iki yarış olacaq.
Antonio Covinatsi: “Ardıcıl yarışlar uğuru təkmilləşdirməyə imkan verir. Meksikada və Ostində yaxşı performans göstərməliyik.
Meksikada heç vaxt yarışmamışam. Lakin iki dəfə sərbəst yürüşlərdə iştirak etmişəm və trası sevirəm. Uzun düzlüklər mənə Montsanı xatırladır. Lakin dəniz səviyyəsindən yüksək olduğu üçün maşınlar fərqli işləyirlər. Ümid edirəm ki, bolidimiz yaxşı işləyər və biz də yüksək nəticə əldə edərik”.