F-1.az xəbər verir ki, Pirelli-nin 2018-ci il üçün olan təkərlərinin prototiplərinin yoxlanıldığı testlərdə Antonio Covinatsi iştirak edib. İtalyan sürücü sliklərlə 152 dövrə vurub. Digər statistik məlumatlar isə açıqlanmayıb.
Növbəti testlər 7-8 sentyabr tarixlərində Pol Rikar trasında baş tutacaq və bu dəfə italyanlara Mercedes AMG komandası kömək edəcək.