Alfa Romeo komandasının sürücüsü Antonio Covinatsi bildirib ki, cümə günü pis nəticə göstərməyiblər.
F-1.az xatırladır ki, italiyalı sürücü Ostində cümə gününü 10-cu yerdə bağlayıb.
Antonio Covinatsi: “Günü onuncu yerdə bitiririk və bu, pis nəticə deyil. Soft təkərlərlə sürətli idik və buna görə özümüzə olan inam artır. Burada ilk dəfə trasa çıxdığım üçün ilk dövrələrdə trası tanımağa çalışdım. Lakin tez öyrəşdim. Cümə günündən razıyam. Şənbə gününü səbirsizliklə gözləyirəm”.