F-1.az xatırladır ki, italiyalı sürücü yarışın ortalarında lider getmiş və bu əsnada Ferrari və Mercedes sürücüləri ilə mübarizə aparmışdı.
Antonio Covinatsi: “Yarışda mübarizə var idi. Komanda üçün 1 xal qazandım və xoşbəxtəm, ancaq daha yaxşı yerdə finiş görə bilərdim. İlk pit-stopa qədər medium təkərlə uzun məsafə qət etdim. Pitə tez girsəydim, bəlkə də, 7-ci ola bilərdim. Təkərlər tamamilə əridiyində işim çətinləşdi və Rikkardo ilə təmas etdik. Bu, vəziyyətimi daha da ağırlaşdırdı. Çünki ön asılqanım zədələnmişdi. Bolid yana doğru gedirdi və mənimçün çətin idi. Doğrudan da xal qazammaq istəyirdim və finişə qədər mübarizə apardım. Yarışda lider olmaq, Mercedes və Ferrari ilə mübarizə aparmaq gözəl idi. Ümid edirəm ki, evdəkilər buna baxıb seviniblər”.