F-1.az xatırladır ki, italiyalı sürücü gələn il Formula1-də ilk tam mövsümünü keçirəcək. 25 yaşlı sürücünün komanda yoldaşı isə 39 yaşlı Kimi Rəykkönen olacaq. Qeyd edək ki, finlandiyalı sürücü Ferrari ilə 2007-ci ildə çempion olaraq “qırmızılar”a hələlik sonuncu dəfə çempionluq gətirən pilotdur.
Antonio Covinatsi: “Ferrari ilə çempion olmasını xatırlayıram. Onda balaca uşaq idim. Heç vaxt onunla komanda yoldaşı ola biləcəyim ağlıma gəlməzdi. Kumirim idi. İndi isə komanda yoldaşımdır.
Uzun illərdən sonra İtaliyanı yarışlarda təmsil edəcəm. Yarışdığım komanda isə italyan markası Alfa Romeo loqotipini daşıyır. Ümid edirəm ki, Formula1-dəki çıxışım İtaliyada avtoidmana müsbət təsir edər”.