F-1.az xatırladır ki, italiyalı sürücü gələn il Formula1-də ilk tam mövsümünü keçirəcək. 25 yaşlı sürücünün komanda yoldaşı isə peletonun ən yaşlısı Kimi Rəykkönen olacaq.
Antonio Covinatsi: “Şarl Lekler mənə Fettel və Rəykkönenlə danışdığını deyir. Amma test günündə Kimi ilə çox danışdım. Daha əvvəl belə deyildi. Sauber-ə gəldiyi üçün motivasiyalıdır və inkişafım üçün mənə kömək edəcək”.