A.Covinatsi: “İtaliyalı sürücülər üçün kiçik addım atdım”

Ferrari komandasının test və ehtiyat sürücüsü Antonio Covinatsi bildirib ki, onun komandada olması italyan sürücülərin yolunu aça bilər.

F-1.az xatırladır ki, İtaliya QP 1950-ci ildən təqvimdə olsa da, son illərdə italiyalı sürücüləri peletonda görə bilmirik.

Formula1-də yarışan sonuncu italiyalı sürücülər 2011-ci ildə Yarno Trulli və Vitantonio Liutsi olublar. Son qələbə qazanan italiyalı isə 2006-cı il Malaziya yarışının qalibi olmuş Cankarlo Fizilelladır.

Antonio Covinatsi: “Bəli, Hamımız italiyalı sürücülər üçün darıxırıq. Mənim Ferrari-yə keçidim kiçik addımdır. Mən hazırda 3-cü sürücüyəm və bununla fəxr duyuram. Bundan sonra çox işləməli və yüksəlməliyəm. Ümid edirəm ki, qısa müddət ərzində hədəflərimə çatar və İtaliyanı ən yaxşı formada təmsil edərəm”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*