F-1.az xatırladır ki, italiyalı sürücünü gələn il Quanyu Çjou əvəz edəcək. Çinli pilot özü ilə birlikdə 25 milyon dollarlıq sponsor paketi gətirəcək.
Sosial şəbəkədə oyuncaq Ferrari-də çəkilmiş uşaqlıq şəklini paylaşan Antonio Covinatsi: “Formula1 emosiyadır, istedaddır, maşınlardır, riskdir, sürətdir… Amma işin içinə pul girəndə hər şey qəddarlaşır. Gözlənilməz nəticələrə, istəyə görə əldə edilən böyük və kiçik zəfərlərə, sürprizlərə inanıram. Formula1-dəki ilk şəklim budursa, sonuncu da olmalıdır”.