A.Covinatsi inkişafdan təsirlənib

Dünən Macarıstan testlərində Ferrari SF71H-ın sükanı arxasına keçən Antonio Covinatsi bolidin inkişafına heyrətlənib.

F-1.az xatırladır ki, italiyalı sürücü may ayında Barcelona testlərində də SF71H-ın sükanı arxasına keçmişdi. Covinatsi bu dəfə testlərdə 1:15.648 zaman nəticəsi ilə Hunqarorinq trasının rekorduna imza atıb.

Antonio Covinatsi: “Bolidi Barselonada test etmişdim. Bolid inkişaf edib. Böyük addımdır. May-iyul aralığında böyük fərq yaranıb. Amma bolidin təkmilləşdiyini görmək gözəldir. Komanda və sürücülər əla iş görüblər.

Əsas proqramım səhər yarış, nahardan sonra isə sıralanma tempində getmək idi. Yağış gözlənilirdi və proqramda gecikmə oldu. Yaxşı və vacib gün idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*