F-1.az xatırladır ki, italiyalı sürücü 2016-cı ildə GP2-də ikinci yeri tutduqdan sonra Ferrari Sürücü Akademiyasına qoşulmuş və 2017-ci ildə Sauber komandası ilə iki yarışa çıxmışdı. Keçən il 24 saatlıq Le Man marafonunda yarışan Covinatsi bu il Alfa Romeo ilə Formula1-dəki ilk tam mövsümünü keçirir.
Antonio Covinatsi: “Pol Rikardan sonra Kimiyə çox yaxınam. Sıralanma turunda yaxşı performans göstərirəm. Yarışlarda daha çox müzakirə aparıram, ancaq iki il yarışmamaq çətin idi. Hər yarış daha da güclənrik. Komanda bunu bilir və birlikdə işləyirik. İndiyə kimi əla işləmişik. Tempimiz olsa da, xal qazana bilmirik.
Son F1 yarışım 2017-ci ildə olmuşdu. Keçən il Le Manda yarışsam da, fərqli idi. Bütün bunlardan sonra qayıtmaq asan olmadı. Hər yarış inkişaf etməyə çalışıram”.