F-1.az xatırladır ki, italiyalı sürücü mövsümün 8-ci yarışı olan Avstriyada karyerasının ilk xalını qazanıb.
Antonio Covinatsi: “Nəhayət ki, ilk xalımı qazandım. Bu, gözəl haldır və boliddən razı idim. Yaxın mübarizə oldu və var gücümlə yarışdım.
Mənim üçün çətin dövr idi. Üzərimdə təzyiü var idi. Hər yarışdan sonra hamı məndən ilk xallarımı gözləyirdi. Lakin mən sakit qalıb, özümü təkmilləşdirdim. İndi ilk xalımı aldım, ancaq hər həftəsonu mübarizə aparıb daha güclü olmalıyam. İngiltərəyə yeni detallar aparacağıq. Fransada vacib addım atdıq və növbəti addımı atmaq istəyirik”.