A.Covinatsi Haas komandasında çıxış edəcək

Ferrari komandasının test sürücüsü Antonio Covinatsi 7 Qran Prinin 1-ci sərbəst yürüşlərində Haas VF17-nin sükanı arxasına keçəcək.

F-1.az xatırladır ki, italiyalı sürücü mövsümün ilk iki yarışında zədələnmiş Paskal Verlyaynı əvəzləmiş və Avstraliyada 12-ci yeri tutmuşdu. Bu gün isə verilən açıqlamaya əsasən 23 yaşlı sürücü Britaniyadan etibarən 7 Qran Prinin birinci sərbəst yürüşlərində Haas VF-17-ni idarə edəcək. Covinatsi Macarıstan, İtaliya, Malaziya, Meksika, Braziliya və Əbu Dabidə Haas komandasına kömək edəcək.

Gənc sürücü Meksikanı çıxmaq şərtilə bütün yarışlarda Maqnusseni əvəz edəcək. Lakin Rodriges Qardaşlarının trasında keçiriləcək sessiyada Roman Qrojan italiyalı sürücüyə öz yerini verəcək.

Antonio Covinatsi: “Ferrari-nin üçüncü sürücüsü olmaq mükəmməldir. Bundan əlavə Haas komandası ilə birinci sərbəst yürüşlərə çıxmaq məni formada saxlayacaq. Simulyatorda öyrəndiklərimi burada tətbiq etməyə çalışacam. Ferrari və Haas komandaları mənə güvəndikləri üçün özümlə fəxr duyuram. Kevin və Romana da mənə dəstək olduqları üçün təşəkkür edirəm”.

Haas komandasının rəhbəri Günter Ştayner də vəziyyətdən razıdır: “Antonio mövsümün əvvəlində Sauber ilə çıxdığı yarışlarda vacib təcrübə qazandı. Bizimlə çıxacağı sərbəst yürüşlərdə daha da təkmilləşəcək. Ferrari ona inanır. Keçən il GP2-də çox yaxşı çıxış etdi. Ona bu fürsəti verdiyimiz üçün sevincliyik. Ona öz yerlərini verən Kevin və Roman da hər cür tərifə layiqdirlər”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*