F-1.az xatırladır ki, italyalı sürücü 2019-2021-ci illərdə Alfa Romeo ilə yarışmışdı. O, Formula1-dən ayrıldıqdan sonra Formua E-yə üz tutub və orada Dragon Penske komandasında yarışmağa başlayıb. 28 yaşlı pilot eyni zamanda Ferrari-də ehtiyat pilotluq edir.
Haas komandası heç kimin gpzləmədiyi anda Cionu İtaliya vı Amerikada sərbəst yürüşlərdə sükan arxasına keçirəcəyini bildirib. Qeyd edək ki, italiyalı pilot 2017-ci ildə Haas ilə 7 dəfə sərbəst yürüşlərdə trasa çıxıb.
Günter Ştayner: “Covinatsinin komandaya qayıtmasına görə sevincliyik. Ferrari bizdən xahiş etdi ki, Antonio müasir maşınlarda sürsün və biz də onlara kömək etmək qərarına gəldik. 2017-ci ildə də bənzər vəziyyət var idi. O vaxtdan çox şey dəyişib, çünki Cio 3 mövsüm yarışdı və təcrübəsi ilə bizə yaxşı geri bildirimlər verə bilər. Onun sükan arxasına keçməsini səbirsizliklə gözləyirəm”.