F-1.az xatırlaıdır ki, italiyalı sürücü 2017-ci ildə Avstraliya və Çin yarışlarında Sauber komandasının sükanı arxasına keçmişdi. Covinatsi 2018-ci il üçün Sauber komandasına namizəd sürücülərindən sayılsa da, isveçrəlilər Markus Eriksson və Şarl Lekler cütü ilə yarışmaq qərarına gəliblər. Covinatsi isə komandanın 3-cü sürücüsü olub.
İtaliyalı sürücü ayın 14-də Mərakeşdə keçirilicək testlərdə DS Virgin-03-ü idarə edəcək.