F-1.az xatırladır ki, Ferrari Covinatsini test sürücüsü kimi transfer edib. “Qırmızılar” qaydalara riayət edərək, gənc sürücünü 2015-ci ilin bolidi SF15-T-nin sükanı arxasına otuzdurublar.
Covinatsi test barədə təəssüratlarını bölüşüb: “Formula1 bolidini ilk dəfə idarə etdim. Həyəcanlı idi. İtaliyalı sürücünün Ferrari boksunda olması əladır. Test maraqlı idi və öyrənməli olduğumuz çoxlu şeylər var idi. Amma komanda mənimlə nəzakətli davrandı və çox kömək etdilər. Bu, işləri daha da asanlaşdırdı”.