A.Covinatsi: “Əla sessiya idi”

Ferrari komandasının gənc sürücüsü Antonio Covinatsi Britaniya Qran Prisinin birinci sərbəst yürüşlərində ilk dəfə Haas VF17-nin sükanı arxasına keçib.

F-1.az xatırladır ki, Verlyaynın zədələnməsi üzündən 24 yaşlı sürücü Sauber-də mövsümnöncəsi testlərdə və mövsümün ilk iki Qran Prisində almaniyalı sürücünü əvəz etmişdi.

İtaliyalı sürücü Silverstoun trasında birinci sərbəst yürüşlərdə komandanın əsas sürücüsü Qrojandan 0.4 saniyə geridə qalıb.

Antonio Covinatsi: “Düşünürəm ki, sessiya yaxşı keçdi. Silverstoun ilk sərbəst yürüşlərə çıxmaq üçün çox çətin tras olsa da, yaxşı sessiya idi. Romandan cəmi 0.4 saniyə geri qaldım və sevincliyəm. Roman sürətli döngələrdə çox güclüdür. Buna görə də o yaxşı meyar nöqtəsidir. Bolidi yüksək sürətdə test etmək istəyirdik və hər şey qaydasında keçdi. Builki 1-ci sərbəst yürüşlərə fokuslanıram və işimlə məşğulam. Romana yaxın olmaq üçün əlimdən gələni edəcəm. Görək nə olur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*