A.Covinatsi Çində də yarışacaq?

Melburnda şənbə günü Sauber komandası Paskal Verlyaynın fiziki hazırlığının lazımi səviyyədə olmadığı üçün Ferrari-nin ehtiyat sürücüsü Antonio Covinatsi ilə əvəzləməsini elan etmişdi - amma bazar günü Monişa Kaltenbron xəbər vermişdi ki, artıq Çində sükan arxasına Verlyayn keçəcək.

Rəsmən bu məlumat hələ təsdiq olunmayıb, amma İtaliyada dərc olunan La Gazzetta dello Sport qəzeti yazır ki, böyük ehtimalla Antonio Çində də Sauber-in sükanı arxasına əyləşəcək, Şanxaydan bir həftə sonra baş tutacaq Bəhreyn yarışı barədə isə hələ suallar var: əgər italiyalı sürücü 3-cü yarışı da keçirsə, onda Bəhreyndə baş tutacaq mövsümiçi testlərdə Ferrari-nin şərəfini qoruya bilməyəcək.

Ferrari-nin ehtiyat və test sürücüsü vəzifəsini icra edən Covinatsi Bəhreyndə testlərdə çalışmalı idi. Qaydalara görə, mövsümiçi testlərin iki günündə hər bir komandada gənc sürücü çalışmalıdır – karyerasında iki yarışdan çox starta çıxmış sürücü isə artıq gənc sürücü sayılmır, ona görə də əvvəldən Ferrari aprelin 18-19-da Bəhreyndə Antonio ilə işləməyi planlaşdırmışdı.

F-1.az qəzetə istinadən bildirir ki, hazırda komanda testləri qurban verməyi düşünür, yəni Covinatsiyə tam yarışmaq imkanı veriləcək. Verlyayn tam lazımi formanı yığana qədər COvinatsi 3 və ya 4 yarışda iştirak edə bilər. Skuderiyanın Antonio ilə bağlı böyük planları var və yarışlarda iştirak etməsi onun potensialını dəyərləndirmək üçün əla fürsətdir.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*