F-1.az xatırladır ki, yanvarın sonunda baş tutan Çempionlar Yarışında keçirdiyi qəzada zədələnən Paskal Verlyayn yarışa hazır olmadığından, Avstraliyada şənbə günündən etibarən C36-nın sükanı arxasına Ferrari-nin ehtiyat sürücüsü Antonio Covinatsi keçmişdi. Gənc italyan ilk yarışını 12-ci yerdə başa vurmuşdu.
Paskal Verlyayn: “İndi mənim üçün əsas olan intensiv məşq etmək və mümkün qədər tez lazımi formanı əldə etməkdir. Ümid edirik ki, Sauber-in tərkibində ilk yarışıma Bəhreyndə çıxacam. Əgər alınmasa, Rusiyada yarışa tam hazır olmaq üçün məşq edəcəm”.