F-1.az xatırladır ki, Verlyaynın fiziki cəhətdən özünü yarış hazır hiss etməməsindən sonra Sauber komandası ilə yarışa çıxan italiyalı sürücü mükəmməl təsir bağışlayıb və yarışı 12-ci yerdə bitirib.
Antonio Covinatsi: “Yarış performansımdan razı qaldım. Mənim vəzifəm bacardıqca çox məsafə qət etmək idi. Bunu da etdim. İndi isə mühəndislərlə çatışmazlıqlarım barədə danışacam. Mənə bu şansı verdikləri üçün Ferrari və Sauber-ə təşəkkür edəcəm. Mənim üçün əla təcrübə oldu”.
Sauber komandasının rəhbəri Monişa Kaltenborn bildirib ki, Paskal Verlyayn Çinə qədər hazır olmasa, Antonio Covinatsi yarışacaq: “Antonio bu gün çox effektiv çıxış edərək potensialını göstərdi. Onunla işlədiyimiz üçün çox sevincliyik”.