A.Covinatsi: Bu nəticəyə layiq idik

Alfa Romeo komandasının sürücüsü Antonİo Covinatsi bildirib ki, son sessiyaya qalmağa layiq olublar.

F-1.az xatırladır ki, italiyalı sürücü Monakodakı sıralanma turunda 10-cu olub.

Antonio Covinatsi: “Çox xoşbəxtəm. İlk dörd yarışda bəxtimiz gətirmədi. Bu nəticə bütün komandanın əhvalını düzəldəcək.

Bu mövsüm ilk dəfə son sessiyaya qaldığım üçün sevincliyəm. Hər şeyi düzgün etdik və layiq olduğumuz nəticəni qazandıq. Bolidimiz burada qüsursuz idi. Komanda bizi doğru zamanda trasa göndərdi və mən də əla dövrələr vurdum.

Üçüncü sessiyada qırmızı bayraqları görəndə məyus oldum. Çünki yeni təkərlərdə idim və dövrəmi bitirə bilmədim. Bəlkə də, daha yaxşı yer tutardıq. Həftəsonu ərzində səkkizlikdə ya da doqquzluqda olurduq. Lakin əsas yarışdır.

Ferrari-yə görə isə sevinirəm. Ümid edirəm ki, Şarlın ötürmələr qutusu sıradan çıxmayıb. Mənim məqsədim isə yaxşı start alıb, yerimi itirməməkdir. Ümid edirəm ki, Monakoda ilk xallarımızı qazanarıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*