A.Covinatsi: “Bəxtim gətirdi”

Sauber komandasının sürücüsü Antonio Covinatsi sıralanma turunda etdiyi qəzaya görə komandasından üzr istəyib.

F-1.az xatırladır ki, 23 yaşlı debütant sürücü bu gün sıralanma turunda son cəhdində arxa təkərlərini qazonun üzərinə çıxarıb və bolidin idarə etməsini itirərək divara çırpılıb.

Antonio Covinatsi: “Qəzadan sonra ağrı hiss etmədim. İndi isə komandadakılardan üzr istəyirəm. Son həddə gedirdim və birdən otluğa təmas etdim. O əsnada hər şey bitmişdi. Ümid edirəm ki, sabah komandam və mənim üçün gözəl yarış olar”.

Xatırladaq ki, italiyalı sürücü sabahkı yarışa 15-ci, komanda yoldaşı Eriksson isə 14-cü yerdən başlayacaq.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*