A.Covinatsi: Azarkeşlər mənimlə qürur duysunlar…

Alfa Romeo komandasının sürücüsü Antonio Covinatsi bildirib ki, italyanların fəxr etdiyi sürücü olmaq istəyir.

F-1.az xatırladır ki, italiyalı sürücü keçən il çıxdığı 21 yarışın sadəcə 4-dən xalla ayrıla bilmişdi.

Antonio Covinatsi: “İtaliya bayrağını Formula1-ə geri gətirdiyimçün qürurluyam. Çünki çempionatda İtalyan markalar çoxdur. Montsa yarışında azarkeşlərin dəstəyini görmək çox gözəl idi.

Keçən mövsümün ilk yarışları çətin keçdi. Ancaq mövsümün ikinci hissəsində Kimiyə yaxınlaşdım və onunla mübarizə apara bildim. Ümid edirəm ki, bu mövsümdə performansımı artıra biləcəm. İtaliyalı azarkeşlərin mənimlə qürur duymasını istəyirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*