F-1.az xatırladır ki, italiyalı sürücü yarışı 9-cu yerdə bitirib və bu il ən yaxşı nəticəsini əldə edib.
Antonio Covinatsi: “Bu yarışdan razıyam. Sadəcə nəticə yox, bütün performansım yaxşı idi. Sıralanma turunda çox güclü nəticə əldə etdik. Yarışda da qəzalardan yaxşı qaçdıq. Ferrari sürücülərinə çatıb və keçmək çətin idi, çünki sürətli idilər. Lakin onluqda qalmaq üçün tempimiz yaxşı idi.
Çətin yarış idi. Fiziki cəhətdən çətin idi. Buranın nəmi və istisi mənə Sinqapuru xatırlatdı. Buna baxmayaraq, yekunda yaxşı nəticələr qazandıq. Bu il bir neçə dəfə xallar almağa çox yaxın idik. Həmişə 11-ci olduq. Burada 9-cu olmaq gözəldir. Əbu Dabi yarışını səbirsizliklə gözləyirəm. Mövsümü yaxşı nəticə ilə bitirməyə çalışacağam”.