F-1.az xatırladır ki, avstraliyalı sürücü 5 il yarışdığı Red Bull-dan şokedici qərarla ayrılaraq Renault komandasına keçib. Əksəriyyət bu qərarın doğru olmadığını düşünsə də, Cons fərqli fikirdədir: “Məncə, Renault-ya keçməsi ani qərarla oldu. Çünki onun Renault ilə danışıqlar aparması ilə bağlı təəssüratı yox idi. Amma ən yaxşı alternativdir. Zavod komandasında olmaq yaxşı haldır. Məncə, Mercedes və Ferrari alınmayanda doğru addım atdı, çünki dəyişikliyə ehtiyacı var idi. Red Bull psixoloji cəhətdən Ferstappeni dəstəkləyir. Bundan başqa Renault komandası at gücünə görə daha öndə olacaq. Rikkardo yeni komandası Renault barədə bizdən çox şey bilir. Ona nələrin vəd edildiyini bilmirəm. Şəxsən mən Renault-nun zavod komandasında olmağı Honda mühərrikli Red Bull-a dəyişərəm”.
A.Cons yerlisi Rikkardonu dəstəkləyir
Sabiq Formula1 sürücüsü Alan Cons həmyerlisi Rikkardonun hərəkətini müsbət dəyərləndirib.