F-1.az xatırladır ki, avstraliyalı sürücü McLaren-də istənilən kimi çıxış etmir. Bundan komandanın rəhbəri Zek Braun da təngə gəlib və artıq sürücünü açıq formada tənqid edir.
Alan Cons: “Danielin McLaren-dəki gələcəyi hazırda şübhə altındadır. Əgər performansını yaxşılaşdırmada, orada uzun müddət qala bilməyəcək. O, əla sürücüdür və yaxşı insandır. Ancaq hamımız bilirik ki, yaxşı insanlar Formula1-də uğurlu olmurlar. Nə qədər keyfiyyətsiz adam olsanız, Formula1 üçün o qədər yaxşıdır. Tarixdə də bunu təsdiqləyən nümunələr var”.