F-1.az xatırladır ki, MotoGP-də bu mövsümdən sprint formatına keçilib. Bu da əksər sürücülərin etirazına səbəb olub.
Alvaro Bautista: “Sıralanma turkarı Q1 və Q2 sessiyalarına ayrılanda da sürücülər belə reaksiya vermişdilər. Əvvəl bu barədə danışdılar, amma artıq heç kim bunu düşünmür. Belə dəyişikliklər şou üçün xeyirdir. Əgər yarışa 10-cu yerdən başlasanız, ilk döngədə sürücülərin yarısı ilə mübarizə aparmalısınız. Əsas düzülüşdə tutduğunuz yerdir”.