A.Bautista: Sprint yarışları təhlükəli deyil

Superbike üzrə sonuncu Dünya Çempionu Alvaro Bautista düşünür ki, sprint yarışında sürücülərin əsas problemi aqressiv davranmalarıdır.

F-1.az xatırladır ki, MotoGP hazırda nisbətən Superbike-a bənzər formata keçib. Lakin sürücülər bu formatdan narazıdır.

Alvaro Bautista: “Sprint yarışları təhlükəli deyil. Əsas sürücünün bu yarışa necə nəzarət etməsidir. Onlar risk və təhlükəni nəzə almalıdırlar.

Yeni formatı əvvəlkindən çox istəyirəm. Ən çox yarışlardan həzz alırıq, sərbəst yürüşlərdən yox. Məncə, yeni format uğurludur, çünki insanların marağını cəlb edir.

Bu format sürücülər üçün də yenidir. Sprint deyəndə ağla gələn ilk şey ilk dövrədən etibarən son həddə sürməkdir. Ancaq bunun necə işlədiyini anlasalar, aqressivlikləri azalacaq. Biz Superbike-da əsas yarışda daha aqressiv oluruq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*